Göyərti qutabı
Tərkibi:
Xəmir üçün:
3 stəkan un
Apardığı qədər un
Duz
İçlik:
dağkeşnişi, kəvər, göy soğan,cəfəri,gicitkan,əməköməci, nanə, keşniş, şüyüd, turşəng, unluca. Göyərtilərin çeşidini artıra və azalda bilərsiniz.
Vitaminlərlə zəngin Göyərti qutabı
Xəmir üçün una duz vurub, az-az su əlavə edib, nisbətən bərk xəmir yoğururuq.
Xəmirə forma verib kiçik kündələrə bölürük.
Kündəni unlayıb yumuru formada acırıq.
Doğradığımız göyərtiləri qarışdırırıq. Göyərtilərin çeşidini artıra və azalda bilərsiniz.
Açdığımız xəmirin üstünə göyərtini yayıb üzərinə bir az duz səpib kənarlarını bağlayırıq.
Sacın üzərində hər iki üzünü bişiririk. Sobanın üzərində yağsız tavada da etmək olar.
Bu qaydayla xəmirin hamısını hazırlayırıq.
Götürdükdən sonra qutabların üzərini zövqə göra yağlaya bilərsiniz.
Süfrəyə isti-isti sumaqla və qatıqla təqdim olunur.Nuş olsun!
Business inquires :
[email protected]