Tuesday, 16 September, 2025г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

Şəkərbura

ŞəkərburaУ вашего броузера проблема в совместимости с HTML5
Şəkərbura İçlik üçün: 150 qr. şəkər 150 qr. təmizlənmiş fındıq ½ ç.q üyüdülmüş hil Xəmir üçün: 100 ml. ilıq süd 80 qr. kərə yağı 1 yumurta 350 qr. un 1/3 - x.q maya 1/3 - ç.q duz 1/3 x.q sarıkök (zövqə görə vurmamaq olar) Novruz bayraminda süfrələrin bəzəklərindən olan şəkərburanın hazırlanması Əvvəlcə içliyi hazırlamaq üçün, sobada fındıqları 10 dəqiqə saxlayıb, sonra mətbəx dəsmalının köməyiylə təmizləyirik.Ləpə çəkən maşından fındığı çəkirik. Fındığın yağılı qalması üçün blenderdən istifadə etmirəm.Çəkilmiş fındığın üzərinə şəkər və hil töküb qarışdırırq. İndiysə keçək xəmirə. Unun üzərinə duz, zövqə görə sarıkök-tökməmək də olar, şəkər töküb qarışdırırıq. Yumurta, əridilmiş yağ , maya və tədricən südü töküb əvvəlcə qaşıqla daha sonra əlimizlə nisbətən bərk xəmir yoğururuq.Üzərini örtüb 40dəqiqə kənara qoyuruq. Daha sonra xəmirə uzun forma verib balaca hissələrə kəsirik. Kəsdiyimiz hissələrdən balaca kündələr düzəldirik.Hər kündəni ovucumuza sığacaq formada yayırıq.Yaydığımız kündələrin üzərini qurumaması üçün örtürük. İçlikdən 1 x.q xəmirin arasına qoyub, üzərindən azca basıb havasını çıxardırıq ki, bişdikdən sonra içərisi boş qalmasın,kənarlarını bağlayıb, çimdik götürərək bükürük. Üzərini öz zövqünüzə və fantaziyanıza uyğun bəzəyə bilərsiniz. Yağlanmış tavaya ara buraxaraq yığıb, əvvəlcədən isidilmiş sobada, 20 dəqiqə bişiririk. Yalnız altı qızarmalıdır. Bişdikdən sonra soyumağını gözləyirik Soyumamış yığdıqda üzəri qarala bilir. Siz də hazırlayın. Nuş olsun !
Мой аккаунт