Sunday, 14 September, 2025г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

Yuxa Tortu Hazırlanması |Çox sərfəli və asan |Bişmə kremlə yuxa tortu|

Yuxa Tortu Hazırlanması |Çox sərfəli və asan |Bişmə kremlə yuxa tortu|У вашего броузера проблема в совместимости с HTML5
Hərkəsə Salam! Bugün sizlərə çox sevdiyim yuxa tortunun hazırlanmasını çəkib göstərmək istədim.Hər kəsin evinde olan ərzaqlardan, ucuz və sərfəli ,bir o qədər də dadlı yuxa tortu hazırladım inanıram ki sizlər də hazırlayaraq bəyənəcəksiniz. Xəmir üçün lazım olan ərzaqlar: 5st un 3 yumurta 1st şəkər tozu 125 qr marqarin 1 st mürəbbə şirəsi 1ç/q soda 1paket qabartma tozu 1 paket vanil Kremi üçün lazım olan ərzaqlar: 0,5 litr süd 1 yumurta 1x/q un 1x/q nişasta 1st şəkər tozu 1x/q kərə yağı 125 qr marqarin vanil Əvvəlcə tortumuzun xəmirini bişiririk. Yumurta, şəkər tozu, mürəbbə şirəsi, soda və marqarini qazana alaraq ocaqda bişiririk. Qaynayan kimi ocaqdan alırıq və soyumasını gözləyirik. Soyuduqdan sonra un, qabartma tozu və vanili əlavə edərək ələ yapışan xəmir əldə edirik. Xəmiri 4 və ya 5 yerə ayıraraq bişiririk. Daha sonra kremimizi hazırlayırıq. Qazana yumurta, un,nişasta,şəkər tozu və südü əlavə edərək ocaqda bişiririk. Ocaqdan alaraq kərə yağı əlavə edilir və soyuması gözlənilir. Soyuduqdan sonra 125 qram marqarinlə çalırıq. Marqarini az əlavə edirik ki kremimiz qatı olmasın və yuxaları yumşalda bilsin. Kremimiz və yuxalarımız hazır olduqdan sonra tortumuzu yığırıq. Hazırlayacaq olanlara indiden NUŞ OLSUN! Kanalıma ABUNƏ olmağı və videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın! İzlədiyiniz üçün Təşəkkür edirəm! Rulet hazırlanması https://www.youtube.com/watch?v=0pG9Z9qELF4&t=2s Mimoza salatı hazırlanması https://www.youtube.com/watch?v=p9oPSpq-F-Y&t=21s Kələm Qutabı hazırlanması https://www.youtube.com/watch?v=ii7zMV2uwf4&t=11s Kartof kroketi hazırlanması https://www.youtube.com/watch?v=Cy1-pcy0yUY&t=2s Sac içi hazırlanması https://www.youtube.com/watch?v=i51ICU8maEQ Halva Hazırlanması https://www.youtube.com/watch?v=-9RtTcZFh-k Ağızda Dağılan Şokoladlı Peçenye Hazırlanması (Pastane Kurabiyesi tarifi ) https://www.youtube.com/watch?v=TkpRVRq28zE
Мой аккаунт