У вашего броузера проблема в совместимости с HTML5
Gecə Xaçmazda ağır yol qəzası olub. "VAZ" markalı avtomobil yolu keçən 82 yaşlı kişini vurub.
Bu gecə Xaçmaz rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Xaçmazın Mehrəliqışlaq kəndində, Gəndov-Yalama yolunun 21-ci kilometrliyində Xaçmaz rayon sakini Araz Cəlalov idarə etdiyi "VAZ 21-099" markalı avtomobillə yolu keçən Qaradağ sakini 82 yaşlı Zərbalı Üzeyirovu vurub.
Piyada hadisə yerində keçinib. Qəzaya səbəb ilkin versiya olaraq piyadanın qəfildən avtomobilin hərəkət yoluna çıxması göstərilir. Hadisə şahidlərinin sözlərinə görə mütəmadi bu ərazidə piyadaların vurulması halları baş verir. Onlar bunu sürücülərin yaşayış massivində avtomobilləri yüksək srətlə idarə etmələri ilə əlaqələndirirlər.