Qazax rayonunun Kəmərli kəndində yaralanan sakin yaxşılaşır
У вашего броузера проблема в совместимости с HTML5
Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Qazax rayonunun Kəmərli kəndində 1 nəfər gizir şəhid olmaqla, 1 nəfər kənd sakini yaralanıb. 1970-ci il təvəllüdlü Aslanov Çingiz Mədət oğlu sağ bud nahiyəsinin dəlib keçən kor güllə yarası diaqnozu ilə Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Elə həmin gün cərrahiyyə əməliyatı olunaraq güllə çıxarılıb. Çingiz Aslanov əməliyyatdan sora özünü yaxşı hiss edir. Kənd sakini atışma zamanı necə yaralanması haqqında danışıb. Onun da qeyd edək ki, 44 yaşlı kənd sakini Çingiz Aslanov ailəlidir, 2 oğulu var.