Sunday, 21 September, 2025г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

Quran mocuzeleri II bolum 11 Hisse Usagin cinsiyyeti

Quran mocuzeleri II bolum 11 Hisse Usagin cinsiyyetiУ вашего броузера проблема в совместимости с HTML5
Allah bundan 14 əsr əvvəl insanlara yol göstərici bir kitab olan Qurani Kərimi endirdi. Bütün insanlığı qurtuluşa dəvət etdi. Endirildiyi gündən Qiyamətə qədər, insanlığın yeganə yol göstəricisi də bu son İlahi Kitab olacaq. Quranın bənzərsiz üslubu və ehtiva etdiyi üstün hikmət, onun Allahın sözü olduğunun qəti bir dəlilidir. Bunların yanında, Quranın Allah qatından endirildiyini isbat edən xeyli çox möcüzəvi xüsusiyyəti də vardır. Bu xüsusiyyətlərdən biri, ancaq 20 ci əsr texnologiyasıyla çatdığımız bəzi elmi gerçəklərin 1400 il əvvəl Quranda bildirilmiş olmasıdır. Əlbəttə ki Quran bir elm kitabı deyil, lakin müxtəlif ayələrində son dərəcə köklü və hikmətli bir izahat içində köçürülən bəzi elmi gerçəklər, ancaq 20 ci əsr texnologiyasıyla kəşf edilmişdir. Quranın endirildiyi dövrdə elmi olaraq müəyyən olunması mümkün olmayan bu məlumatlar, günümüz insanına Quranın Allah sözü olduğunu bir dəfə daha isbat etməkdədir. Film Harun Yahyanın əsərlərindən faydalanaraq hazırlanmışdır. www.harunyahya.az
Мой аккаунт