Qış fəsli bir çox canlı üçün həyatın bir növ dayandığı mərhələdir. Qış boyu bitkilərin çoxu böyüməni dayandırır. Bu, həyatlarını davam etdirmək üçün lazımi tədbirdir.
İstiqanlı heyvanlar üçün vəziyyət daha fərqlidir, onlar da bir növ həyatlarını dayandırırlar. İstiqanlı canlılar bədən temperaturlarını müəyyən dərəcədə saxlamalıdırlar. Ancaq bədən temperaturunu qorumaq çox böyük problemdir, çünki məməlilərin bədən temperaturu ətraf mühitin temperaturundan çoxdur. Bu yüksək temperaturu əldə etmək üçün artıq enerjiyə ehtiyacları var, bunu ancaq qidalardan əldə edə bilərlər.
Ancaq qışda heyvanlar çətinliklə yem tapırlar. Buna görə, bir çox quş növü uca Allahın ilhamı ilə payızda isti cənub ölkələrinə köç edərək bu problemdən xilas olmağa çalışır. Quşlar kimi bəzi böyük otyeyən məməlilər də köç edirlər. Ancaq bəzi məməli heyvanlar üçün bu cür səfər qeyri-mümkündür. Buna görə də fərqli metodla özlərini qorumağa çalışırlar, bu metod qış yuxusudur...
Qurbağa
Bəzi qurbağaların qış yuxusu zamanı bədənlərində buz kristalları əmələ gəldiyi aşkar edilmişdir. Boz ağac qurbağası və bahar qurbağası kimi növlərin hamısı şaxtalı qışın hökm sürdüyü coğrafi ərazilərdə yaşayırlar. Qış yuxusuna getdikdə bu canlılarda heç bir həyat izinə rast gəlinmir. Ürək döyüntüləri, tənəffüs və qan dövranı tamamilə dayanır.
Ağac qurbağasının və digər canlıların ən əsas xüsusiyyəti isə bol miqdarda qlükoza hasil etmələridir. Qlükoza hüceyrələrdən suyun çəkilməsinin qarşısını alır, beləcə, hüceyrə büzülmür. Beləliklə, qurbağanın hüceyrələri donmadan zərər görmür.
Tısbağa
Oktyabr ayından etibarən havalar soyuduqca və qida azaldıqca tısbağaların bədən fəaliyyətləri azalır və özlərini qorumaq üçün yuxuya gedirlər. Ürək döyüntüləri və tənəffüsləri yavaşlayır. Oktyabr-mart ayları qış yuxusu ilə keçir.
Ağ ayı
Balalamağa hazırlaşan dişi ağ ayı qış yuxusuna getdikdə heç enerji sərf etməmək və balalarının daha yaxşı qidalanmasını təmin etmək üçün maddələr mübadiləsinin sürətini zəiflədir. 7 ay ərzində maddələr mübadiləsindəki yağı zülala çevirir və balalarını qidalandırır. Bu 7 ayda özü heç qidalanmır. Ürək döyüntüsünü dəqiqədə 70-dən 8-ə salır və maddələr mübadiləsini yavaşladır. Bu dövrdə yemək yemədiyinə görə, təbii ehtiyacları da olmur. Beləcə, balalarını doğacağı dövrdə artıq enerji sərf etmir.