У вашего броузера проблема в совместимости с HTML5
Qafqaz Universiteti ilə "Avro Med" şirkəti arasında əməkdaşlığa
dair memorandum imzalanmışdır.
Martın 2-də "Avro Med" şirkətinin təsisçisi, Milli Məclisin deputatı Cavanşir Feyziyev Qafqaz Universitetində olmuşdur.
Görüşdə Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç bu ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən danışmışdır.
Azərbaycanın iqtisadiyyatında və digər sahələrində mühüm nailiyyətlər qazanıldığını bildirən rektor Hacı Zeynalabdın Tağıyev kimi xeyriyyəçiliklə məşğul olan insanların bu gün respublikada sayının artdığını da diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, həmin xeyriyyəçi insanlardan biri də "Avro Med" şirkətinin təsisçisi Cavanşir Feyziyevdir. Onun təşəbbüsü və dəstəyi ilə universitetimizdə Biologiya laboratoriyası yaradılacaqdır.
"Avro Med" şirkətinin təsisçisi, Milli Məclisin deputatı Cavanşir Feyziyev ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini vurğulamışdır.
Müasir dünyada təhsilin mühüm rolunu xatırladan C. Feyziyev "Çağ" Öyrətim İşlətmələri Şirkəti və Qafqaz Universitetinin bu sahədə fəaliyyətlərinə yeni uğurlar arzulamışdır.
Sonra Qafqaz Universiteti ilə "Avro Med" şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanmışdır.
Sənədi A. Saniç və C. Feyziyev imzalamışlar.
Memorandumda universitetdə Biologiya laboratoriyasının yaradılması nəzərdə tutulur.