Qafqaz Universitetində "Azərbaycan qadını və cəmiyyət "mövzusunda konfrans.
Martın 4-də Qafqaz Universitetində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş "Azərbaycan qadını və cəmiyyət" mövzusunda ümumrespublika konfransı keçirilmişdir.
Milli Məclis deputatlarıının, müvafiq qurumların nümayəndələrinin, təhsil işçilərinin, tə
ləbələrin iştirak etdikləri tədbirdə universitetin rektoru, professor Əhməd Saniç həyatda, cəmiyyətdə qadınların rolundan danışmış, əlamətdar gün münasibətilə xoş arzularını diqqətə çatdırmışdır.
Professor Ə. Saniç, eyni zamanda, mövzunun əhəmiyyətini vurğulamışdır.
Azərbaycan Respublikası Ailə, Qadın, Uşaq, Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Azərbaycan qadınlarının keçdiyi şərəfli inkişaf mərhələlərindən danışmışdır.
H. Hüseynova müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin qadınların inkişafına və təhsilinə daim xüsusi önəm verdiyini, ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini diqqətə çatdırrmışdır.
Ölkəmizdə dövlət qadın siyasətinin əhəmiyyətini qeyd edən H. Hüseynova, eyni zamanda, AQUPDK-nin fəaliyyətindən bəhs etmişdir.
Təhsil nazirinin müavini Qulu Novruzov qadınlara göstərilən dövlət qayğısından, cəmiyyətdə onların fəaliyyətindən danışmışdır.
Sonra müxtəlif mövzularda məruzələr dinlənilmişdir.