Wednesday, 17 September, 2025г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

MYBROKER QISA TƏQDİMAT

MYBROKER QISA TƏQDİMATУ вашего броузера проблема в совместимости с HTML5
Xidmətlərimiz: "My Broker" MMC Azərbaycan Respublikası gömrük fəaliyyəti zonasında hal-hazırda hava nəqliyyatı üzrə tam gömrük-broker xidmətləri kompleksini həyata keçirir və aşağıda sadalanan xidmətləri təklif edir: • Azərbaycan Respublikası gömrük qanunvericiliyinə dair məsləhətlərin verilməsi; • XİF ƏN əsasən yüklərin kodlaşdırılması; • Xarici-ticarət müqavilələrinin tərtib edilməsi üzrə XİF iştirakçılarına məsləhətlərin verilməsi; • Yüklərin göndərilməsindən və rəsmiləşdirilməsindən öncə müvafiq nəqliyyat sənədlərinin tərtib edilməsinə dair məsləhətlərin verilməsi; • Yükün müşayiət sənədlərinin daşıyıcı təşkilatdan təhvil alınması (kuryer xidməti); • İdxal-ixrac zamanı icazəsi tələb olunan yüklərə aidiyyəti üzrə müvafiq dövlət orqanlarından icazə sənədlərinin alınması; • Gömrük rəsmiləşdirilməsi məqsədi ilə gömrük təmsilçisinin təmsil etdiyi fiziki və ya hüquqi şəxsdən qəbul etdiyi malın müşayiət sənədlərində olan məlumatların yoxlanılması, onun əsasında elektron gömrük bəyannaməsinin doldurulması; • Tranzit elektron gömrük bəyannaməsinin doldurulması; • Elektron qısa idxal gömrük bəyannaməsinin doldurulması; • Yüklərin gömrük rəsmiləşmə əməliyyatı; • Yüklərin müqaviləyə əsasən sifarişçinin ünvanına çatdırılması (Bakı şəhər daxilində); • Yüklərin sığortalanması; • Yüklərin anbara yığılması və saxlanmasının təmin olunması; • İxrac zamanı yüklərin nəqliyyat emalı (qablaşdırma); • Razılaşma məktublarının tərtib edilməsi; • İdxal, ixrac və tranzit zamanı qarşıya çıxan digər məsələlərin həll edilməsi. Sifarişinizə əsasən, ixtisaslaşmış gömrük brokeri tərəfindən hər bir mal mövqeyi üzrə müəssisənizin xərclərinin azaldılması məqsədi ilə həyata keçirilən bütün lazımı iqtisadi hesabatlar (yüklərin nəql edilməsinin, gömrük rəsmiləşdirilməsinin və digər həyata keçiriləcək rəsmi prosedurların müddəti və dəyəri) sizə təqdim olunacaqdır. Sizi qarşılıqlı faydalı işgüzar əməkdaşlığa dəvət edirik.
Мой аккаунт