Wednesday, 17 September, 2025г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

Gomruk iscilerinin pesa bayrami

Gomruk iscilerinin pesa bayramiУ вашего броузера проблема в совместимости с HTML5
Gömrük işçilərinin peşə bayramı günü... Bu gün müstəqil Azərbaycanın gömrük orqanlarının yaradılmasının 24-cü ildönümüdür. Dövlət Gömrük Komitəsi ölkəmiz suverenliyini bərpa etdikdən üç ay sonra - 1992-ci il yanvarın 30-da yaradılıb. 30 yanvar tarixinin gömrük işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ümumilli liderin 1997-ci il yanvarın 10-da imzaladığı müvafiq Sərəncama əsasən, yanvar ayının 30-u gömrük işçilərinin peşə bayramı günü elan edilib. Azərbaycanda gömrük sisteminin təşkilinin tarixi çox qədimdir. Lakin gömrük sisteminin elmi-hüquqi əsaslarla təşkili ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Belə ki, ölkə ərazisini qeyri-qanuni ticarətdən və qaçaqmalçılıqdan qorumaq məqsədilə hökumətin 1918-ci il 12 iyul tarixli qərarı ilə Qazax qəzasının Salahlı və Şıxlı kəndlərində, Poylu dəmir yolu stansiyasında ilk gömrük postları yaradılıb. Azərbaycan hökuməti isə gömrük sisteminin fəaliyyətə başlamasını təmin edən sənədi 1918-ci il avqustun 10-da qəbul edib. Ümumiyyətlə, gömrük dövlət xəzinəsini gəlirlə təmin edən ən mühüm dövlət atributlarından biridir. O, eyni zamanda, ölkəyə qeyri-qanuni yollarla müxtəlif malların gətirilməsinin, habelə ölkənin ən mühüm strateji və tarixi sərvətlərinin aparılmasının qarşısını alır. Ötən müddət ərzində ölkədə dünya standartlarına uyğun gömrük xidməti formalaşıb. Həyata keçirilən irimiqyaslı tədbirlər və geniş kadr islahatları nəticəsində bu sahə təşəkkül tapmağa başlayıb. Qısa zaman kəsiyində respublikanın iqtisadi suverenliyi və təhlükəsizliyinin etibarlı təminatçısı kimi formalaşan Azərbaycan Gömrük Xidməti bu gün dünya standartlarına cavab verən modern dövlət təsisatına çevrilib. Beləliklə, Azərbaycan Respublikasının gömrük sistemi Ümummilli liderimiz tərəfindən müəyyən edilən siyasətə uyğun olaraq formalaşıb və inkişaf edərək çoxfunksiyalı kompleksə çevrilib. Eşqin Zahid
Мой аккаунт