У вашего броузера проблема в совместимости с HTML5
Hərkəsə SALAM!
Bugün sizlərlə İravan kətəsinin hazırlanmasını paylaşmaq istədim.
Lazım olan ərzaqlar:
5 st un
250 qr kərə yağı
3/4 st şəkər tozu
1 st qatıq
1ç/q soda
1 yumurta
1ç/q duz
vanil
üzəri üçün- yumurta sarısı
Əvvəlcə un və yağı əlimizlə ovalayaraq uru halına gətiririk. Sonra şəkər tozu və vanili də əlavə edərək qarışdırırıq və qarışımdan içlikdə istifadə etmək üçün 1,5 st götürürük. Daha sonra soda,qatıq,duz və yumurtanı əlavə edərək xəmir yoğururuq. Xəmiri 2 hissəyə ayıraraq nazık yayırıq və içliyin yarısını arasına səpərək kətə formasında kəsirik. 200 dərəcədə üzəri qızarana qədər bişiririk.
Hazırlayacaq olanlara indiden NUŞ OLSUN!
Kanalıma ABUNƏ olmağı və videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın!
İzlədiyiniz üçün Təşəkkür edirəm!