Saturday, 20 September, 2025г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

ZAUR QURBANLININ HƏBSİ GƏNCLƏRİ QORXUTMAQ CƏHDİDİR

ZAUR QURBANLININ HƏBSİ GƏNCLƏRİ QORXUTMAQ CƏHDİDİRУ вашего броузера проблема в совместимости с HTML5
Ölkənin müstəqil gənclər təşkilatlarının təmsilçiləri "N!da" Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Zaur Qurbanlının həbsinə etiraz olaraq bazar ertəsi RATİ-də mətbuat konfransı keçirib. Sentyabrın 29-dan özlərini Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən bir qrup mülki geyimli şəxs tərəfindən naməlum istiqamətə aparılan NİDA Vətəndaş Hərəkatının üzvü, blogger Zaur Qurbanlının yeri 2 sutkadan sonra bəlli oldu. Daxili İşlər Nazirliyi Z.Qurbanlının polisə müqavimətdə təqsirli bilinərək haqqında inzibati həbs cəzasının seçildiyini açıqlayıb. Bu barədə NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Turqut Qəmbər məlumat verib. Daxili İşlər Nazirliyi bildirir ki, Zaur Qurbanlı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olan əməliyyat məlumatı əsasında saxlanılıb. O, saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib. Bu səbəbdən həmin gün Abşeron Rayon Məhkəməsi tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsinin tələblərinə əsasən 15 gün müddətinə inzibati həbs qərarı çıxarılıb",- deyə Turqut Qəmbər bildirib. O, bu həbsin daha çox ölkənin siyasi həyatında fəallaşan müstəqil gənclər qurumlarını qoxutmaq məqsədi daşıdığını deyib. Amma bu həbsdən sonra quruma yeni üzvlərin gəlməsini iqtidarın cəhdinin iflası adlandırıb. "Zaur Qurbanlının NİDA Vətəndaş Hərəkatına təşkilata yeni üzvlər cəlb etmək üçün hazırladığımız plakata görə həbs ediblər. Plakatda "Mən 2013-də gedərəm...", təşkilatımızın saytında isə bu fikrin davamı olaraq "əgər sən NİDA-qa üzv olsan" fikri qeyd olunub". Bunu isə NİDA-nın idarə heyətinin digər üzvü Rəşad Həsənov qeyd edib. İdarə Heyətinin üzvü Anar Gəraylı vəkil Əsabəli Mustafayevə istinadən Zaurun saxlandığı zaman və MCQMİ-də fiziki zorakılığa məruz qalmadığını, saxlanma şəraitindən şikayəti olmadığını, Abşeron məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcəyini deyib. Tədbir zamanı hadisənin deputat Gülər Əhmədova ilə fəaliyyəti dayandırılmış Beynəlxalq universitetin rektoru Elşad Abdullayev arasında qalmaqallı rüşvət məsələsinin üzə çıxmasından sonra baş verməsi iqtidarın siyasi gündəmi dəyişmək cəhdi kimi izah olunub. Gənclər Zaur Qurbanlını sona qədər müdafiə etməklə yanaşı "Gülər Əhmədova məsələsi"ni ölkənin siyasi gündəmindən çıxmağa qoymayacaqlarını bəyan ediblər.
Мой аккаунт