Wednesday, 17 September, 2025г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

Xərçəngə qalib gələn müəllimə; Kinomuzun "Ögey ana"sı; "Milan"a qol vuran azərbaycanlı

Xərçəngə qalib gələn müəllimə; Kinomuzun "Ögey ana"sı; "Milan"a qol vuran azərbaycanlıУ вашего броузера проблема в совместимости с HTML5
Onun sevdiyi işi və xoşbəxt ailəsi var. Amma qəfil tutulduğu xəstəlik bütün həyatını dəyişir. Bir ayağı amputasiya edilsə də, 10 ildir hər gün məktəbə gələrək şagirdlərinə dərs deyən müəllimə Nərmin Əhmədova. "Özünüzə qapanmayın, həyat gözəldir, yaşamaq gözəldir, işləmək gözəldir" _______ Kəlbəcərdə yerləşən və emənilərin tarixini saxtalaşdıraraq erməni kilsəsi kimi qələmə verdikləri, əslində isə qədim alban məbədi olan Xudavəng monastır kompleksi və onun real tarixi. Ermənilər hansı hadisədən sonra alban məbədlərini mənimsəməyə başladılar? ______________ O, "Ögey ana" filmində öz həyatını canlandırıb. Həyat yoldaşı tərəfindən xəyanətə məruz qalsa da, sevgisinə sadiq qalaraq ömrünün sonuna kimi ailə qurmur... Həyat yoldaşının ölümündən sonra onun uşaqlarına da analıq edən Nəcibə Məlikova. _______ Sovet hakimiyyətinə mədhiyyə yazmaqdan imtina etdiyi üçün sıxışdırılaraq həbs edilən, Sibirdə acınacaqlı şəraitdə dünyasını dəyişən Hüseyn Cavid. Onun cənazəsinin Bakıya gətirilməsi kadrları və ailəsinin sonrakı taleyi... _______ İtaliyanin “Milan” klubuna "San Siro"da 4 qol vuraraq tarixə düşən yeganə azərbaycanlı Ələkbər Məmmədov... O, niyə 31 yaşında karyerasını bitirməli oldu? Onun vəfatından 3 gün niyə heç kimin xəbəri olmadı?
Мой аккаунт