Tuesday, 16 September, 2025г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

VİCDAN MƏHBUSU ELŞƏN HƏSƏNOV AZADLIQDA

VİCDAN MƏHBUSU ELŞƏN HƏSƏNOV AZADLIQDAУ вашего броузера проблема в совместимости с HTML5
Müxalifətin 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi mitinqdə həbs edilən 14 vicdan məhbusundan biri, Müsavat partiyasının üzvü Elşən Həsənov dünən-fevral ayının 22 --si azadlığa buraxılıb. Səbail Rayon Məhkəməsi avqustun 25-də müxalifət fəalını 2 il müddətinə azadlıqdan məhrum etmiş, oktyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 1 ilə endirmişdi. Elşən Həsənov cəzasını 17 saylı Cəzaçəkmə Müəssisəsində çəkirdi. Bu gün Obyektiv tv-yə müsahibə verən keçmiş vicdan məhbusu suallarımızı şən ovqatla cavablandırdı. Elşən Həsənov: 327 günlük həbsxana həyatı necə olacaq, çox pis . Məni necə sifarişlə həbs etmişdilərsə elə də sifarişlə azad etdilər. Həbsxanadan çıxandan hələ bilmirəm "azadlıq" necədir. İki gündür çıxmışam, informasiya toplayıram, eşitdiyimə görə vəziyyət get- gedə pisləşir. Həbsdə məni ən çox dəstəkləyən həyat yoldaşım olub, partiya yoldaşlarım həmişə yanıma gəliblər, maraqlanıblar. Xəstəxanaya düşmüşdum. Bir ay qaldım, mənə bir həb belə vermədilər. "Müsavat" qəzeti bu barədə yazandan sonra məni müalicə etməyə başladılar. Mənə 2-ci qrup əlillik də verdilər ayaqlarımdakı problemlərə görə. Həbsxanada haqsız yerə yatan çoxlu adam var. Hər cür adam var orda. Onları mənasız ittihamlarla həbs ediblər, bu da ciddi narazılıq yaradır. Həbsxana ağır yerdir. Ordan baxanda "azadlıq" əla görünür.
Мой аккаунт