Gördüyünüz bir-birindən gözəl, rəngarəng incəsənət nümunələri hər hansı bir xüsusi materillardan deyil, tullantı deyə atdığımız əşyalardan və onun parçalarından hazırlanıb. Bunları hazırlayan isə Salyanın Babazənan yaşayış massivində yaşayan Töhfənisə İbadovadır. Töhfənisə İbadova ali təhsilli müəllimdir və Salyan şəhər 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyində dərs deyir. O, artıq bir neçə ildir ki, belə lazımsız əşyalara can verməklə məşğuldur. Töhfənisə xanım insanlara ətraf mühiti təmiz saxlamağın vacibliyini xatırlatmaq, planetimizin ekoloji sağlamlığına məsuliyyətlə yanaşmanı təbliğ etmək məqsədi ilə belə bir addım atdığını deyir. Qəhrəmanımızın ilk sənət əsəri akasiya ağacıdır. Beləcə o, boş vaxt tapan kimi istifadəyə yararsız fıstıq qabığı, ətir şüşələri, məftil, muncuq, plastik qablar və qurumuş ağac budaqlarından gözəl incəsənət əsərləri yaradır. Salxım söyüd, Süsən, Qışda ağac, Bənövşə və digər incəsənət nümunələrini bu cür ərsəyə gəlib. İndiyə kimi 50-dən çox belə əl işi olan Töhfənisə İbadova ekologiyanın çirklənməsinin qarşısını almaq üçün məktəbdə dərs dediyi şagirdlərinə də bunu aşılayır