Taxta evlərin satış nöqtəsi
Babək prospekti, Qafqaz küçəsi 38c
Tel: (+99412) 514 65 77 (+99412) 514 56 28
http://ecohouse-az.com
Sədərək Firması öz fəaliyyətini daima inkişaf etdirərək yeni layihələrə imza ataraq yeni iş yerlərinin açılması istiqamətində böyük işlər görür. Firmanın yeni layihəsi olan "EkoEV" (Ekohouse) - taxtadan ev tikilməsinin tam dövrü müəssisəsidir (layihələndirmə, istehsal, tikinti və dizayn).
"EkoEV" (Ekohouse) qrupu ağacdan yaşayış evlərin və ictimai binaların tikintisində ixtisaslaşmışdır. Bütün istehsalatın layihəsi italiyan,alman və türk şirkətləri tərəfindən hazırlanmışdır. İstehsalatda Almaniya istehsalı olan yapışqan və qoruyucu münbitləşdirmədən istifadə olunur. Avadanlıqlar İtaliyanın "KOİMPEX" Firmasının məhsullarıdır. "EkoEV" (Ekohouse) qrupunun bütün əməkdaşları xarici firmalarda mütəxəssislərin yanında təlim keçmiş və sertifikat almışlar.
"EkoEV" (Ekohouse) qrupu ağacın tədarükü, taxta - şalban hazırlama, ağacdan tikinti materialların istehsalı, layihələndirmə və quraşdırma ilə, yəni taxtadan ev tikilməsinin tam dövrünü təşkil edən bütün fəaliyyət növləri ilə məşğul olur.
Keyfiyyətə üstünlük verərək, biz Azərbaycan və Avropa dövlətlərinin SniP, DÜST, TU standartlarına əsaslanırıq, buraxılan məhsul üçün lisenziya və sertifikatlara malik olan bir müəssisəyik. Bizim məhsulların yüksək keyfiyyəti Azərbaycan və beynəlxalq sərgilərin diplomları ilə, ən əsası isə - bizim müştərilərin etibarı ilə təsdiq olunur