Belə qəmli dayanma
Musiqi: Taleh Hacıyev,
Sözlər: Əkrəm Hüseyn.
Görüşünü gəlmişəm,sən ey gözü bənövşə
Gözü nəmli dayanma,belə qəmli dayanma.
Səninlə dindi dünyam,sevin sənindi dünyam,
Sevənlərindi dünya,belə qəmli dayanma..
Var soyuğu,var odu,bu yol sevgi yoludur,
Ürək sözlə doludur,belə qəmli dayanma.
Könlüm bulud deyilsən,sınıq ümid deyilsen,
Sənki sükut deyilsən belə qəmli dayanma
Səninlə dindi dünyam,sevin sənindi dünyam,
Sevənlərindi dünya,belə qəmli dayanma..
Çiçək açsın üzündə, günəş gülsün gözündə,
Bir sevinc tap özündə, belə qəmli dayanma..
Səninlə dindi dünyam,sevin sənindi dünyam,
Sevənlərindi dünya,belə qəmli dayanma..
Var soyuğu,var odu,bu yol sevgi yoludur,
Ürək sözlə doludur,belə qəmli dayanma.
Könlüm bulud deyilsən,sınıq ümid deyilsen,
Sənki sükut deyilsən belə qəmli dayanma
Səninlə dindi dünyam,sevin sənindi dünyam,
Sevənlərindi dünya,belə qəmli dayanma..
Səninlə dindi dünyam,sevin sənindi dünyam,
Sevənlərindi dünya,belə qəmli dayanma, belə qəmli dayanma.