У вашего броузера проблема в совместимости с HTML5
Yeni maraqlı canlı müsahibə BAX və PAYLAŞ https://youtu.be/kN-W8qF_O50 DƏSTƏK ÜÇÜN videolarımızı BƏYƏN ! və OBYEKTİV TVyə ABUNƏ OL Polis müxalifətin noyabr ayının 17-si-Milli Dirçəliş gününə təyin etdiyi aksiyasını amansızlıqla dağıdıb. Saat 15-ə planlaşdırılan aksiya başlamazdan öncə Bakı polisinin, Çevik Polis Alayının çoxsaylı qüvvələri artıq Fəvvarələr meydanına toplaşıblar. Aksiya başlar-başlamaz bir qrup müxalifət fəalı "Azadlıq!", "İstefa!" "Parlament buraxılsın" şüarları səsləndiriblər. Bu zaman polis aksiyaçılara qarşı zor tətbiq edib. Gənclərə, qadınlara qarşı zorakılıq edilib. Polis 30-a yaxın aksiya iştirakcısını saxlayıb. Saxlananlar arasında Müsavat partiyasını, Azərbaycan Xalq Cəbhəsi partiyasının fəal üzvləri çoxluq təşkil edir. Aksiya zamanı "Yeni Müsavat" qəzetinin əməkdaşı Fərahim İlqaroğlu, "Turan" informasiya agentliyinin əməkdaşı Etimad Budaqov, "Media forum" saytının əməkdaşı Amid Süleymanov polis təzyiqinə məruz qalıblar. Polis əməkdaşı əynində "PRESS" yazılmış gödəkcə olan jurnalist Fərahim İlqaroğlunu təpiklə vurub. Polis digər jurnalistlərin də işləməsinə maneçilik törədib, onlara qarşı kobudluq edib. Qeyd edək ki, müxalifətin aksiyası parlamentin buraxılması tələbiylə keçirilirdi və icazəsiz aksiyalar zamanı tətbiq edilən cərimələrin artırılmasına etiraz olaraq nəzərdə tutulmuşdu. Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya icazə verməmişdi.