Sunday, 21 September, 2025г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

Cinsi yolla yoluxan xəstəliklər müalicə olunmazsa nə olar? - Uzman Dermatoloq Lalə Mehdi

Cinsi yolla yoluxan xəstəliklər müalicə olunmazsa nə olar? - Uzman Dermatoloq Lalə MehdiУ вашего броузера проблема в совместимости с HTML5
Cavab: "Cinsi yolla yoluxan xəstəliklər qrupu çox ciddi xəstəliklərdir. Bu xəstəliklər tam müalicə oluna bilər. Ancaq müalicədə gecikmə olduğu zaman müxtəlif ağırlaşmalara səbəb ola bilər. Sonsuzluq əmələ gətirə bilər. Bununla yanaşı xərçəng və hətta ölümə belə apara bilər. Buna görə də, çox vacib xəstəliklərdir. Cəmiyyətin sağlamlığı üçün də çox vacib xəstəlik qrupudur. Buna görə də, erkən mərhələdə yoluxma olmadan müayinə olunub diaqnoz qoyulduqdan sonra, tez bir zamanda müalicə olunmalıdır ki, cəmiyyətə yayılmasın. Burada bir çox xəstəlik qrupu vardır. Hamının da bildiyi kimi Hiv infeksiyası, hepatitlər, kondiloma, herpes, sifiles və.s Əlamətləri bunlardır: Cinsi nahiyədə hər hansı bir dəyişiklik varsa. Kiçik sərt qabarıqlıqlar ola bilər, genital kondolomada olduğu kimi, kiçik-kiçik su toplamaları ola bilər herpesdə olduğu kimi, və ya yara əmələ gələ bilər. Bundan başqa sidik ifrazı zamanı ağrı, yanma ola bilər. Genital ifrazatı arta bilər. Qasıq nahiyəsində ağrı, şişlik ola bilər. Bu əlamətlərdən bir və ya bir neçəsi olarsa, gec olmadan həkimə müaricət etmək lazımdır. Vaxtında diaqnoz qoyulduğu zaman tam müalicə şansı da, yüksəkdir. Bu xəstəliklər cinsi partnyorunuzun, həyat yoldaşınızın da sağlamlığından da asılıdır. Ona görə də, cinsi partnyorunuzla, həyat yoldaşınızla birgə həkimə müaricət etməyiniz daha yaxşı olar. Burda ən böyük risk faktoru tez-tez cinsi partnyorunuzu dəyişmək və qorunmasız əlaqədir. Belə şübhəli vəziyyətlərlə üzləşdiyiniz zaman həkimə müraciət etmək lazımdır, gecikmək olmaz ki, daha ciddi problemlər olmasın." Müsahib: Lalə Mehdi Müxbir: Sevinc Baxışova Operator, montaj: Röyal Bədəlov Prodüsser:Vüsal Qurbanov Redaktor: Vaqif Hüseynov OTV- Bakı, 2016
Мой аккаунт