Monday, 22 September, 2025г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

Bəxtiyar Sevimli mahnı (film, 1955)

Bəxtiyar Sevimli mahnı (film, 1955)У вашего броузера проблема в совместимости с HTML5
Bəxtiyar Sevimli mahnı (film, 1955) Film gözəl və bənzərsiz səsə malik gənc neftçi Bəxtiyar Muradovun (Rəşid Behbudov) taleyindən bəhs edir. Hələ uşaq ikən, gənc Bəxtiyar öz məlahətli səsilə konservatoriyanın professoru Rəcəbovun (Məmmədrza Şeyxzamanov) diqqətini cəlb edir. Lakin Bəxtiyar xüsusi musiqi təhsili almaq haqda ona verilən məsləhətlərə məhəl qoymur və valideynlərinin yolu ilə gedib neftçi olur. İş elə gətirir ki, o, hər şeydə mənfəət axtaran fırıldaqçı, əsl incəsənətdən uzaq olan klub müdiri Ağabala (Ağasadıq Gəraybəyli) ilə rastlaşır. Ağabala Bəxtiyarı estrada müğənnisi etmək məqsədilə onun çixişlarını təşkil edir, bu yolla çoxlu pul qazanır. Nəticədə Bəxtiyarın səsi tutulur. Nəhayət Bəxtiyar müğənniliyin böyük sənət olduğunu başa düşüb, bu işlə ciddi məşğul olmağa başlayır.[4] Dostları Bəxtiyarın Saşa ilə barışmasına kömək edirlər. Rejissor: Lətif Səfərov Ssenari müəllifi: Boris Laskin Nikolay Rojkov Operator: Arif Nərimanbəyov Rəssam: Cəbrayıl Əzimov, Elbəy Rzaquliyev Bəstəkar: Tofiq Quliyev Rollarda: Rəşid Behbudov, Tamara Çernova, Faiq Mustafayev, Ağasadıq Gəraybəyli Janr: dram, komediya, musiqili, məhəbbət İlk baxış tarixi 11 dekabr 1955 Filmin digər adı: Sevimli mahnı Mahnı ilə eldən-elə (çəkiliş zamanı) Dil: azərbaycanca Ölkə: Azərbaycan SSSR İstehsalçı qurum: Bakı kinostudiyası[1] Filmin növü: tammetrajlı bədii film Rəng: ağ-qara Vaxt: 99 dəq. İl: 1955
Мой аккаунт