Thursday, 18 September, 2025г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

Astaranın Sım kəndinin zəngin təbiəti turistlərin yolunu gözləyir

Astaranın Sım kəndinin zəngin təbiəti turistlərin yolunu gözləyirУ вашего броузера проблема в совместимости с HTML5
Bölgələrdə turistlərin istirahəti üçün yaradılan şərait, buradakı yol infrastrukturunun yaxşılaşdırılması turizm potensialının daha da artmasına şərait yaradan amillərdəndir. Məhz bunun nəticəsində insanlar əvvəllər çoxlarının xəbərsiz olduğu və gedə bilmədiyi mənzərəli yerlərdə dincəlmək imkanı əldə edir. Belə yerlərdən biri də əsrarəngiz təbiəti ilə məşhur olan Astaranın ucqar Sım kəndidir. Buranı görmək arzusunda olanlar iki il əvvələ qədər yolu bərbad olduğundan kəndə qalxa bilmirdilər. Lakin salınan yeni yol sayəsində indi turistlər rahatlıqla bura səyahət edirlər. Kənd zəngin meşəsi, çoxsaylı şəfalı bulaqları ilə yanaşı həm də özünün tarixi və bu rəvayətlərlə bağlı olan qayalar və tikililərlə də zəngindir. Elə Sım kəndinin adı da qayalıq, daşlıq çox olan yer anlamına gəlir. Buradakı Ballı qaya adlandırılan qayanın üzərində vaxtilə çoxlu sayda arı yuvaları var imiş. İsti aylarda daşların qızması nəticəsində bal aşağı süzülərmiş. Balın miqdarı o qədər çox olarmış ki, yerli əhali onu qablarla yığıb istifadə edərmiş. Digər bir maraqlı yer şah daşının yerləşdiyi bu düzən ərazidir. Rəvayətə görə şah taxta bənzər daşın üzərində oturarmış arxada isə qoşun təlim keçərmiş. Kənddə bundan əlavə qonaqlıq daşı, buzlu daş və digərləri də varki, onların hərəsinin də öz tarixi var. Bunlar haqda isə kəndə gələrkən ətraflı məlumat əldə etmək mümkündür. Bələdçi Pərviz Salayev bildirdi ki, turistlər üçün lazımı şərait yaradılıb: “Bura gələn turistləri ətrafdakı gözəlliklərlə tanış etmək üçün cavan bələdçilərimiz var. Əgər turistlər bir neçə gün qalmaq istəsələr kəndimizdə onun üçün də şərait var. İstənilən qədər qalmaq üçün hər şəraiti olan evlər var.”
Мой аккаунт