Astaralı şagirdlər “Mən hər işi bacarıram” dedilər
У вашего броузера проблема в совместимости с HTML5
Astarada Uşaq hüquqları aylığı çərçivəsində “Mən hər işi bacarıram” devizi altında tədbir keçirilib. Rayon Mədəniyyət və Turizm Şöbəsinin, Kakalos kənd Mədəniyyət Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə uşaq bağçası və məktəblərin şagirdləri biri-birindən maraqlı kompozisiyalar, əl işləri sərgiləyiblər. İstedadlı Balacaların ifasında rəqslər, tamaşalar, musiqi nömrələri təqdim olunub. Azyaşlılar şahmat və dama oyunları ilə zəkalarını sınağa çəkiblər. Müsabiqə şəraitində keçən tədbirdə uşaqların məharətləri münsiflər heyəti tərəfindən qiymətləndirilib. Həm uşaqlar əylənib, həm də onları izləyənlər. Elə tədbirin keçirilməsində məqsəd də gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların maraq dairələrinin genişləndirilməsi, istedadlarının üzə çıxarılması və onlara bu istiqamətdə dəstək göstərməkdir.