У вашего броузера проблема в совместимости с HTML5
15 sentyabr bilik günü Ağdam rayonunda da qeyd edilib. Rayonun təmas xəttinə yaxın Hacıməmmədli kəndində isə bilik günü məktəbin şagird və müəllim kollektivi üçün ikiqat bayram olub. Belə ki, təmas xəttinə yaxın Hacıməmmədli kəndində yeni məktəb binası istifadəyə verilib.
Ağdam rayonu Hacıməmmədli kəndinin uzun illərdiki davam edən məktəb problemi nəhayətki öz həllini tapıb. Hazırda burada inşa edilən məktəb binası 120 şagird yerlikdir. Təhsil ocağının açılış münasibəti ilə milli məclisin deputatları Bəxtiyar Sadıqov və Elman Məmmədovda iştirak ediblər. Yeni məktəb binası ən son tələblərə cavab verən istilik və elektirik sistemləri, fasiləsiz su ilə təmin edilib. Burada müxtəlif fənn otaqları, tam və geniş şəkildə tikilib.
Şagirdlərin idman dərsləri üçün həm idman zalı, həm də mini meydança inşa edilib. Məktəbin dəhlizlərində və çöl fasadlarında müşahidə kameraları quraşdırılıb. Kənd sakinləri və məktəb kollektivi məktəbin inşasında əməyi olan hər bir kəsə münnətdarlıqlarını ifadə ediblər.
Elşən Məmmədov (məktəbin direkroru) Hacıməmmədli kənd orta məıktəbi 60-cı illərdə şəxsi evlərdə fəaliyyət göstərib. Sonra sovetlər dövrüdə 1966-cı ildə uyğunlaşmış məktəb binası tikilib. Məlum Qarabağ müharibəsi vaxtı həmin bina qəzalı vəziyyətə düşmüşdü. Atəşkəsdən sonra bəzi təşkilatlar və rayon təhsil şöbəsinin köməkliyi ilə bəzi otaqların yaradılmasına nail olmuşduq. 2012-cidə ölkə rəhbərliyi tərəfindən Hacıməmmədli kəndin yeni məktəb binasının tikintisi üçün sərəncam verilib. Bu gün isə biz hədsiz sevincliyik. Indi hər şey göz qabağındadır.
Məktəb direktoru onuda qeyd edti ki, təmas xəttinə yaxın olan Hacıməmmədlidə yaradılan bu şərait təhsilin inkişafına verilən ən böyük töhfədir.
Daşqın Abdullayev Ağdam