►? VİDEONU BƏYƏN❤ ►KANALA ABUNƏ OL?
Reklam üçün əlaqə ► https://www.instagram.com/TMGPRESS/
“Qanuni oğru” Nadir Səlifovun (“Quli”) Türkiyə hüquq-mühafizə orqanları tərəfindən həbs olunaraq Azərbaycana deportasiya edilməsi barədə məlumat təsdiqini tapmır.
Yenisabah.az xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyinin rəsmi veb-səhifəsində də bu barədə hər hansı məlumata rast gəlinmir. Bundan başqa, Nadir Səlifovun həbsi barədə nə Türkiyə, nə də onu daha çox “diqqət”də saxlayan Rusiya mediası yazıb. Digər tərəfdən Azərbaycanın rəsmi qurumları da Nadir Səlifovun həbs edilərək ölkəmizə deportasiya edilməsi barədə hər hansı açıqlama yaymayıb.
Hər halda Nadir Səlifov sıradan bir şəxs deyil. Əgər o, doğrudan da həbs edilərək Azərbaycana deportasiya edilsəydi, rəsmi qurumlar dərhal bu barədə açıqlama yayardı.
Başqa bir maraqlı məqam. Nadir Səlifovun həbs olunması barədə xəbər yanvarın 4-də yayılıb. Amma yanvarın 6-da “qanuni oğru”nun “İnstagram” səhifəsində onun maral ovundan fotoları yayılıb. Bu fakt da Nadir Səlifovun həbsi ilə bağlı məlumatın səhihliyinə şübhə ilə yanaşmağa əsas verir.
Tovuz rayon Dondar Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının ötən ilin 21 noyabr tarixində yoxa çıxan və dünən yandırılmış meyiti tapılması cəmiyyətdə böyük rezonansa səbəb olub.
Publika.az xəbər verir ki, qızın ailəsi televiziyada axtarış proqramına çıxandan sonra onun meyiti aşkarlanıb. Belə ki, Xoşqədəm Hidayətqızının verilişinə çıxan azyaşlının valideynləri çağırış ediblər və bundan az sonra Nərminin yandırılmış meyiti yaşadığı kənddə tapılıb. Onun kim tərəfindən öldürülməsi, yandırılması və meyitin ora necə gətirilməsi məlum olmasa da, cəsədin əraziyə sonradan gətirilib atıldığı dəqiqləşib.
Hadisədən dərhal sonra polisə müraciət edən Nərminin yaxınları onun qaçırılma ehtimalını bildiriblər. Belə ki, Nərminin böyük bacısı bildirib ki, hadisə baş verən gün ailə üzvləri ilə birgə qonşuluqdakı toy məclisində olublar. Axşam saatlarında Nərminin bacısı toydan çıxıb evə gedərkən ona sarı rəngli “VAZ” markalı avtomobil yaxınlaşaraq evlərinə aparmağı təklif edib. Lakin Nərminin bacısı maşına minməkdən imtina edib. Təxminən 1 saat sonra atası Şərif Quliyevin gödəkçəsini gətirmək üçün evə yollanan Nərmin yoxa çıxıb.
Qəddarcasına öldürülən qızın valideynləri konkret şübhələndikləri şəxsin olmadığını da bildiriblər.
Qeyd edək ki, faktla bağlı Tovuz rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.